“Emerson Process Management” şirkətinin BP üzrə qlobal strategiyalar üzrə baş meneceri Raoul Mercer Bakı Ali Neft Məktəbində (BANM) seminar keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
“Upstream project responding to change” (Dəyişikliklərə uyğunlaşdırıla bilən neft-qaz layihələri) mövzusunda seminar “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün keçirilib.
Seminarda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, ali məktəbin bir sıra beynəlxalq şirkətlərlə yanaşı, “Emerson Process Management” şirkəti ilə sıx əlaqələri var və bu əməkdaşlıq yüksək səviyyədədir. Beynəlxalq şirkətlərin nümayəndələri tərəfindən BANM tələbələri üçün müxtəlif mövzularda seminar və təlimlərin keçirilməsindən məmnunluğunu ifadə edən rektor bunun tələbələrin inkişafına xidmət etdiyini vurğulayıb.
Daha sonra qonaq neftin hasil olma prosesinin avtomatlaşdırılması və müxtəlif layihələrdə avtomatlaşdırmanın geniş tətbiqi mövzusunda təqdimatla çıxış edib. Təqdimatın sonunda R.Mercer tələbələrin böyük marağına səbəb olan mövzu ətrafında suallara cavab verib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət