Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində 50 manatdan artıq məbləğdə spirtli içkilərin nağd qaydada satışının, eləcə də tütün məhsullarının topdan satışının qadağan edilməsini nəzərdə tutan dəyişikliklərin edilməsi haqqında qanunu təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliklərə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması 100 manat miqdarında cərimə edilir.
Bununla belə, dəyişikliklər siqaretlərin kiçik sayda, yalnız şəxsi istifadə üçün pərakəndə satışına imkan verir. Əgər siqaretlər növbəti satış məqsədilə əldə edilirsə, onların qiyməti yalnız bank və ya ödəniş kartları vasitəsilə ödənilməlidir. Əks halda 100 manat həcmində cərimə tətbiq ediləcək.
Bundan başqa, Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə əsasən, tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli alma 1000 manatdan 2000 manatdək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər külli miqdarda törədildikdə iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu zaman “xeyli miqdar” deyildikdə 50 manatdan 1000 manatadək olan məbləğ, “külli miqdar”da dedikdə isə 1000 manatdan yuxarı olan məbləğ başa düşülür. Bu dəyişikliklər 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət