Bakı məktəbliləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yubileyinə həsr edilən sərgi ilə tanış olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 8-də 132-134 saylı təhsil kompleksinin müəllim və şagirdləri AMEA-nın 70 illik yubileyi çərçivəsində akademiyanın əsas binasında təşkil edilən sərgi ilə tanış olublar.
Akademiyanın yeddi elmi bölməsinin tərkibindəki institut və təşkilatlar, regional elmi mərkəz və bölmələr, o cümlədən Rəyasət Heyətinin guşələrinə qoyulan eksponatlar məktəblilərin marağına səbəb olub. Bölmənin pavilyonunda şagirdlərə bu elmi müəssisələrin strukturu, yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib.
Həmçinin AMEA-nın elmi müəssisələrinin uzun illər boyu əldə etdiyi nailiyyətlər, önəmli araşdırma nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar, o cümlədən institut və təşkilatların fəaliyyətini əks etdirən Azərbaycan, rus və ingilis dillərində bukletlər, kitablar və dəyərli nəşrlər barədə danışılıb.
Sərgidə şagirdlərə akademiyanın əldə etdiyi mühüm elmi nəticələr və uğurlu yeniliklərdən bəhs olunub, AMEA-nın Təcrübə-Sənaye Zavodunun məhsulları nümayiş etdirilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət