“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində xəsarət almış 4 neftçi psixoloji yardım almaq üçün müraciət edərək yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qayıdıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə xəstəxanadan məlumat verilib.
“Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş yanğın nəticəsində xəsarət almış 16 nəfərin müalicəsi davam edir. Onlardan 4 nəfər xəstəxanaya qayıdıb. Buna səbəb həmin şəxslərin psixoloji vəziyyətlərinin pisləşməsidir. Burada psixoloqlar onlara streslə mübarizə aparmağa yardım edirlər”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, bu gün pasiyentlərin evə buraxılması gözlənilmir.
“Xəstələr özlərini yaxşı hiss edirlər. Onların vəziyyəti sabitdir”, - deyə xəstəxanadan qeyd ediblər.
Ümumilikdə xəstəxanaya yanğının baş verdiyi platformadan xilas edilmiş 31 nəfər daxil olub, onlardan 22 nəfərə tibbi yardım göstərilib və evə buraxılıb. Onlardan bir neçəsi özünü pis hiss etdiyi üçün yenidən xəstəxanaya qayıdıb.
Bundan başqa, daha bir nəfər 5 saylı xəstəxananın Yanıq şöbəsində müalicə alır.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət