Dekabrin 4-də “Günəşli” yatağında baş verən yanğın nəticəsində xəsarət alan 20 neftçinin Mərkəzi Neftçilər Xəstəxanasında müalicəsi davam edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə xəstəxanadan məlumat verilib.
“Bizdə 20 neftçinin müalicəsi və psixoloji yardımı davam edir. Bazar günü bir pasiyent evə buraxılıb, bir nəfər qəbul edilib. Beləliklə, bu günə pasiyentlərin sayı dəyişməyib”, - deyə xəstəxanadan bildirilib.
Bütün pasiyentlər üzlərini normal hiss edirlər, onların vəziyyəti sabit kimi qiyçətləndirilir. “Xəstəxanada müalicə alanların əkəsriyyəti qeyri-sabit nevroloji vəziyyət və hipertoniyadan şikayət edirlər”, - deyə müəssisədən qeyd ediblər.
Məlumata əsasən, ümumilikdə xəstəxanaya yanğının baş verdiyi platformadan xilas edilmiş 31 nəfər daxil olub, onlardan 22 nəfərə tibbi yardım göstərilib və evə buraxılıb. Bundan sonra, həftə ərzində evə buraxılanlardan bir neçəsi özünü pis hiss etdiyi üçün yenidən xəstəxanaya qayıdıb.
Bundan başqa, daha bir nəfər 5 saylı xəstəxananın Yanıq şöbəsində müalicə alır.
Xəbər verildiyi kimi, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib. Yeddi nəfərin cəsədi tapılaraq tanınıb. Bundan başqa, daha 23 nəfərin axtarışı davam edir.
Hazırda platformada 4 qaz quyusunda yanğın davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Platformadakı qəza faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət