Bakıda “Moskva Günləri” keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin məlumat verib.
“Dekabrın 16-da Bakı Slavyan Universitetində “ Mədəniyyət vasitəsi ilə təhsil, təhsil vasitəsi ilə mədəniyyət- XXI əsrin formulu” mövzusunda “dəyirmi masa” keçiriləcək”,- deyə deputat bildirib.
Onun sözlərinə görə, həmçinin rus yazıçısı, Moskva Yazıçılar İttifaqının katibi Sergey Belaruseçlə görüş keçiriləcək.
Daha bir maraqlı tədbir isə Moskvanın yeni il təqdimatı olacaq. Təqdimatda “Mənim Moskvam” adlı fotosərgi, uşaqlar üçün “Moskva yarmarkası” əyləncəli proqramı, “Moskva sənin gözlərinlə” 3D virtual səyahət, həmçinin “ Bayram ovqatı” mövzusunda ustad dərsi, moskvalı dizaynerlərin moda nümayişi, moskvalı şirniyyatçıların yeni il hədiyyələri təqdim olunacaq.
Məşhur “Səs” yarışmasının iştirakçısı Sergey Volçkovun konsertində Müslüm Maqomayevin mahnıları səslənəcək”,- deyə deputat qeyd edib.
O qeyd edib ki, qonaqların arasında Moskva hökumətinin nümayəndəsi A.Çijkov, Moskva Şəhər Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəisi D.Kojayev, Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzinin Baş direktoru İ. Tkaç, bir sıra ali məktəblərin nümayəndələri olacaqlar.
Tədbir Azərbaycan Rusi icmasının və Moskva Şəhər Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin təşkilatçılığı ilə həyata keçiriləcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət