Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən differensial əməkhaqqı sistemi ilə əlaqədar yaradılan daimi Komissiya işini yekunlaşdırıb. Artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb. Bununla da sistem avtomatik olaraq müəllimlər arasında TOP100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünü inkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.
Sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək, eyni zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyinin və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.
2015-2016-cı tədris ili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.
Qeyd edək ki, reytinq sistemi müəyyən edilərkən UNEC-in professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və özünü inkişaf fəaliyyətləri daxil edilib.
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət