Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) gələcəkdə ölkədə doğumla bağlı sahədə mümkün problemlərin yaranma ehtimalını qeyd edir.
“Bu gün Azərbaycanda hər 1 min qadına 1,013 min kişi düşür, baxmayaraq ki, hər 100 doğulan qıza 117 oğlan düşür. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər”, - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” mövzusunda tədbirdə bəyan edib.
Onun sözlərinə görə, , 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. “Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub”, - deyə İ.İsayev bildirib.
Nazir müavini vurğulayıb ki, 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4%-ni qızlar, 53,6%-ni oğlanlar təşkil edib.
“2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır”, - deyə İ.İsayev vurğulayıb.
Nazir müavini bildirib ki, 1989-cu ildə hər 1 min kişiyə 1,051 min qadın, 1999-cu ildə 1,048 min qadın, 2009-cu ildə isə 1,021 min qadın düşüb.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Bu göstərici ümumdünya göstəricisindən fərqlidir. Hazırda dünya əhalisinin 50,4%-ni kişilər, 49,6%-ni qadınlar təşkil edir.
İ.İsayev qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
O əlavə edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
“Dövlət Proqramının 2025-ci ilə qədər əhatə edəcəyi dövrdə ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də ayrıca bölmə kimi xüsusi yer ayrılıb”, - deyə o bəyan edib.
Müzakirələrdə doğulanlar arasında cins nisbətinin pozulması hallarının qarşısının alınması məqsədi ilə hazırlanacaq Fəaliyyət Planında abort siyasətinə yenidən baxılması, hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması, qadınların ictimaiyyətdə rolunun artırılması, onların kişilərdən iqtisadi asılılığının azaldılması, onların məşğulluğunun artırılması, sosial və iqtisadi mövqelərinin gücləndirilməsi, gender üzrə intensiv maarifləndirmə proqramlarının tətbiq edilməsi istiqamətində tədbirlərin nəzərdə tutulmasının zəruriliyi bildirilib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət