SAP proqram həlləri Bakı Ali Neft Məktəbində (BANM) tədris olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Bakı Ali Neft Məktəbində müəssisələrdə tətbiqi proqramlar üzrə aparıcı şirkətlərdən biri olan SAP və BANM arasında strateji əhəmiyyət daşıyan müqavilə imzalanıb. Ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu müqaviləyə əsasən, BANM SAP Universitetlər Alyansının üzvü olur.Bu razılaşma Azərbaycanın neft və qaz sənayesində gənc mütəxəssislərinə dünyanın aparıci neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Belə ki,SAP-ın tətbiqi proqramları Fortune -500 siyahısına daxil olan bütün neft və qaz şirkətlərində, eləcə də, Azərbaycanın ÜDM-in 50% təşkil edən SOCAR-da istifadə olunur.
“Hal-hazırda dünya rəqəmsal iqtisadiyyat erasına qədəm qoyub və burada uğurlu mütəxəssis dedikdə qabaqcıl texnologiyalar və sənaye proqramları sahəsində geniş biliklərə sahib olan mütəxəssislər nəzərdə tutulacaq. Məhz SAP Universitetlər Alyansı çərçivəsində tərəfdaşlığımız bizə bu imkanları verəcək. Qlobal texnologiyalar üzrə təcrübə tələbələrimizə zəruri biliklərin toplanması və bu biliklərin ölkəmizin aparıcı şirkətlərindən biri olan SOCAR-da tətbiq edilməsi imkanını yaradacaq”, - deyə BANM-in rektoru vurğulayıb.
“Dünyanın neft və qaz sənayesi üçün ən müsbət təcrübəyə çevrilən SAP tətbiqi proqramları Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatında istifadə olunur və SOCAR, “Nobel Oil”, “Bos-shelf” və başqa aparıcı şirkətlərə səmərəliliyin artması və dünyada təhlükəsizlik və davamlılıqla bağlı standartlara uyğun işgüzarlığın inkişafina yardım göstərir. SAP və aparıcı sənaye ali məktəbi olan BANM arasında əməkdaşlıq ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsədə nail olmaq üçün imkan yaradacaq”, - deyə SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer bildirib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət