2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin kəsiri 51,2 mln. manat və ya ÜDM-in 0,1%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13 mlrd. 874,1 mln. manat təşkil edib. 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 12,1% olub.
Mənfəət vergisi üzrə daxilolmalar 1 mlrd. 927,8 mln. manat (azalma 10,1%), ƏDV üzrə 2 mlrd. 654,7 mln. manat (artım 5,7%), gəlir vergisi üzrə 895,6 mln. manat (artım 13,3%), aksizlər üzrə 535,8 mln. manat (azalma 22,1%) təşkil edib, qalan göstəricilər digər vergi və daxilolmaların payına düşüb.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 13 mlrd. 925,3 mln. manat (artım 0,5%) təşkil edib.
Bununla yanaşı, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 596,4 mln. manat (azalma 1,9%), təhsil sahəsinə 1 mlrd. 114 mln. manat (artım 4,9%), səhiyyə sahəsinə 514,9 mln. manat (artım 2,6%), ümumi dövlət xərclərinə 1 mlrd. 317,2 mln. manat (artım 18,9%), hüquq-mühafizə və məhkəmə orqanlarına 839,8 mln. manat (artım 1,2%), iqtisadiyyatın inkişafına 5 mlrd. 428,6 mln. manat (azalma 6,8%) yönəldilib. Qalan vəsait digər sahələrin payına düşüb.
2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat, kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində təsdiq edilib.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə əsasən, cari ilin yekunları üzrə dövlət büdcəsinin gəlirləri 17 mlrd. 80 mln. manat, xərcləri 17 mlrd. 730 mln. manat, kəsiri 650 mln. manat və ya ÜDM-in 1,1%-i səviyyəsində olacaq.
A.Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət