Son 10 il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin əməkdaşları tərəfindən 1,15 mindən artıq şəxs real təhlükədən xilas edilib. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun FHN-in yaradılmasının 10 illiyi münasibətilə “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində deyilir.
Bildirilir ki, 10 il ərzində baş vermiş yanğınlar zamanı 231-i uşaq, 78-i yataq xəstəsi, 37-si əlil olmaqla 1168 nəfər həyat üçün real təhlükədən xilas edilib. 4433 nəfər təhlükəli ərazilərdən təxliyə olunub.
Baş vermiş yanğınların operativ söndürülməsi nəticəsində 14,338 min ədəd yaşayış və digər təyinatlı tikililər, o cümlədən 2 mln. 629 min 57 kv.m tikili sahəsi, təqribən 105 min hektara yaxın meşə sahəsi, 862 min hektara yaxın taxıl zəmisi, 16 min başa yaxın mal-qara yanğından mühafizə olunub.
Açıq sahələrdə, xüsusilə də dağətəyi yamaclarda baş vermiş yanğınların 43 kənd yaşayış məntəqəsinə keçməsinin qarşısı alınıb.
“Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 6436 nəfər zərərçəkmiş xilas edilib, 952 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib, 3818 nəfərin hadisə yerlərindən təxliyəsi həyata keçirilib”, - deyə nazir qeyd edib.
10 il ərzində dalğıc-xilasedicilərimiz tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 2466 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 1446 nəfər olmaqla cəmi 3912 nəfər xilas edilib.
Son 5 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halları baş verməyib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət