Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ənənəvi 73-cü Kurnakov dinləmələrində iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbir Rusiya EA-nın Ümumi və Qeyri-üzvi Kimya İnstitutunda (ÜQKİ) keçirilib. Tədbirdə M.Babanlının "Yeni nəsil funksional materialların - topoloji izolyatorların dizaynının fiziki-kimyəvi aspektləri" mövzusunda məruzəsi dinlənilib.Məruzədə göstərilib ki, bu tədqiqatlar Avropa Birliyinin bir sıra ölkələrinin, həmçinin Yaponiya və Rusiyanın aparıcı elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. 2011-2015-ci illərdə bu istiqamətdə alınan nəticələr yüksək impakt faktorlu beynəlxalq jurnallarda onlarla məqalədə öz əksini tapıb.
İnstitutun Elmi Şurasının qərarı ilə professor M.Babanlı "Fiziki-kimyəvi analizin inkişafında və yeni funksional materialların alınmasında böyük xidmətlərinə görə" Rusiya EA-nın Kurnakov medalı və diplomu ilə təltif edilib.
2011-ci ildə M.Babanlı Rusiya EA-nın Beynəlxalq akademik nəşriyyat şirkətinin (MAİK-Nauka) jurnallarında çap olunmuş çoxsaylı elmi əsərlərinə görə REA Rəyasət Heyətinin xüsusi mükafatı və diplomuna layiq görülüb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət