Turizm sektorunda lisenizyalaşdırmanın ləğv edilməsi Azərbaycanda biznesin inkişafına təkan verəcək. Bu barədə çərşənbə günü mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.
“Prezidentin turizm obyektlərinə lisenziya verilməsi ilə bağlı sərəncamı ölkədə biznesin inkişafına təkan verəcək”, - deyə nazir hesab edir.
Onun sözlərinə görə, bununla əlaqədar nazirliyə heç bir şikayət və müraciət daxil olmayıb.
“Lisenziyalaşdırma prosesi İnternet vasitəsilə həyata keçirilir. Lakin bu da müəyyən çətinliklər yaradırdı. Bu prosedura vaxt və vəsait sərf etmək lazım gəlirdi”, - deyə Ə.Qarayev izah edib.
Nazir qeyd edib ki, bununla əlaqədar indiki vəziyyətdə lisenziya almaq vacib şərt deyil.
“Lakin bu, həmin sahənin tənzimlənməməsi və nəzarətsiz qalması anlamına gəlmir. Bu, heç də belə deyil. Respublikada bütün mehmanxanalar icbari təsnifatdan keçir, hər bir mehmanxana təqdim etdiyi xidmətlərin səviyyəsini müəyyən etməlidir”, - deyə o bildirib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət