SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dekabrın 4-də “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə dövlət tərəfindən 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün “Neft Daşları”ndakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılıb. Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurlar həyata keçirilməsinə başlanılıb.
Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən neftçilərin ailələrinə maliyyə yardımı Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.
Xəbər verildiyi kimi, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.
Bundan başqa, həmin gün saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib.
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət