“Azərsu” ASC Badamdar qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlayıb. Bu barədə ASC-dən məlumat verilib.
"Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb”, - deyə məlumatda vurğulanır.
Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün “Alatava” su anbarının imkanlarından istifadə olunacaq. Bu məqsədlə həmin anbardan götürülən suyun Badamdar qəsəbəsindəki “Badamdar” su anbarına çatdırılması üçün magistral su xətti çəkiləcək. Bununla belə, “Alatava” su anbarındakı mövcud nasos stansiyasında və “Badamdar” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
Bu layihəyə əsasən, qəsəbə ərazisində 57,5 km uzunluğunda içməli su, 61,6 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi, ev birləşmələrinin verilməsi, abonentlərin smart sayğaclarla təmin olunması, qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub.
Gələcəkdə qəsəbədə yaranacaq tullantı suları Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək və sutkalıq məhsuldarlığı 300 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
“Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsi Səudiyyə İnkişaf Fondunun Azərbaycan hökumətinə ayırdığı $25 mln. həcmində kredit hesabına reallaşdırılır. Layihənin ümumi dəyəri $63 mln. təşkil edir, bunun $38 mln.-u Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək. Səudiyyə İnkişaf Fondu ilə kredit sazişi 2009-cu il noyabrın 20-də imzalanıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət