Bakıda akademik Zərifə Əliyeva adına Liseydə “Elm” guşəsi açılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidməti məlumat verir.
“Elm” guşəsi AMEA Gənc Alim və Mütəxəssilər Şurası və Yer Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə açılıb.
Ölkəmizdə yeniyetmə və gənclərin elm və texnika sahəsindəki bacarıqlarını dəstəkləyən, təşəbbüskarlığını stimullaşdıran bu layihə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında həyata keçirilir.
Açılış mərasimində çıxış edən Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, AMEA uzun müddətdir liseydə fəaliyyət göstərən Kiçik Akademiya ilə əməkdaşlıq edir.
O, Yer Elmləri Bölməsinin fəaliyyətini əks etdirən guşənin liseydə açılmasını məktəblilər arasında elmin inkişafına xidmət edən amillərdən biri adlandırıb və bildirib ki, guşələrin yaradılması orta məktəblərdə erkən yaşlarda elmə marağı artıracaq.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bu layihənin Şuranın təhsil müəssisələrində həyata keçirdiyi ilk iş olmadığını söyləyib. “Elm” guşələri digər elmi bölmələri də əhatə etməklə, Bakı şəhəri və regionların bir çox məktəblərində təşkil olunacaq.
Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılması işindəki rolundan danışıb. Onun sözlərinə görə, belə layihələr yaxın gələcəkdə fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə ixtisaslaşan gənc mütəxəssislərin sayının artmasına kömək edəcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət