Balakən rayonunda zavodun qazanxanasında baş vermiş partlayış faktı ilə əlaqədar cinayət işi qaldırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2 (Əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, hadisə dünən səhər saat 10:30 radələrində Balakən şəhərindəki “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində baş verib. Zavodun qazanxanasındabaş vermiş partlayış nəticəsində 1 nəfərölüb, 2 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olan kimi nazirliyin xilasetmə bölmələri hadisə yerinə göndərilib.
Yerli KİV-lərin məlumatına əsasən, faciə zamanı həlak olan və xəsarət alan şəxslərin kimliyi məlum olub. Hadisə nəticəsində müəssisənin əməkdaşı Elçin Əliyev həlak olub, Novruz Nastakalov və Anar Bozurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət