Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi yeni bəzək əşyaları əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Milli Azərbaycan Tarixi Muzeyinin fondu unikal qadın bəzək əşyaları ilə zənginləşib. İki əlcək və sürmə qabından ibarət dəst XIX əsrin sonlarına təsadüf edir. Kəlbəcər bölgəsinə məxsus olan bəzək dəsti qızıl lövhələrlə işlənilib, güləbatın tikməli, qızılı rəngli saçaqla bəzədilib. Bu qadın bəzək əşyaları Azərbaycanın qərb bölgəsində gəlin bəzəmək üçün hazırlanırdı.
XIX əsrin sonlarına aid qadın baş bəzəyi isə Zaqatala bölgəsinə aiddir. Baş bəzəyi gümüşdəndir, rəngli daşlarla bəzədilib.
Qeyd etmək lazımdır ki, bu bölgədə gəlinlərin bəzədilməsində qızıl suyuna çəkilmiş gümüş zinət bəzək əşyalarından daha çox istifadə olunurdu.
Muzeyə yeni daxil olan materiallar Azərbaycan xalqının geyim-bəzək mədəniyyətinin, zərgərlik sənətinin yüksək səviyyədə olmasını bir daha nümayiş etdirir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət