Bundan sonra Azərbaycanda vətəndaşların ilkin əlilliyinin müəyyən olunması ilə səyyar tibbi-ekspert komissiyaları məşğul olacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
“Yanvarın 6-da Nazirlər Kabineti tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" təsdiq ediləndən sonra vətəndaşların ilkin əlilliyinin müəyyən olunması proseduruna düzəlişlər edilir. Əgər əvvəllər vətəndaşların ilkin və təkrar əlilliyi ölkə ərazisində fəaliyyət göstərən 38 Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunurdusa, bundan sonra vətəndaşların əlilliyini səyyar tibbi ekspert komissiyaları müəyyən edəcək”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, zamanla ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən bütün Tibbi-Sosial Ekspert Komissiyaları ləğv olunacaq və onların vəzifələrini 10 səyyar tibbi ekspert komissiyası həyata keçirəcək.
“1 dekabr 2015-ci il tarixində bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 7 Tibbi-Sosial Ekspert Komissiyanın fəaliyyətinin ləğv olunmasına dair qərar qəbul ediləcək”, - deyə S.Müslümov bildirib.
Nazir qeyd edib ki, yeni standartların tətbiqi vətəndaşların ilkin əlilliyinin qanunsuz müəyyən olunması faktlarını minimuma endirməyə imkan verəcək.
“Səyyar komissiyalar bir gün ərzində müxtəlif rayonlarda vətəndaşların müayinəsini həyata keçirəcəklər. Komissiya üzvləri müayinə olunan vətəndaşları şəxsən tanımayacaqlar. Onlar da öz növbəsində Tibbi-Sosial Ekspert Komissiyaların nümayəndələrini tanımayacaqlar. Araşdırmaların nəticələri dərhal elektron sistemə daxil ediləcək. Beləliklə, vətəndaşların ilkin əlilliyinin qanunsuz müəyyən olunması sıfıra bərabər olacaq”, - deyə S.Müslümov vurğulayıb.
Onun sözlərinə görə, gələn dəfə komissiyalar özləri üçün yeni regionlarda vətəndaşların müayinəsini həyata keçirəcəklər. Komissiyaların tərkibi müntəzəm olaraq dəyişəcək.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət