2016-cı ildə Dünya Bankı (DB) Azərbaycanda ÜDM-nin artımını 0,8% səviyyəssində proqnozlaşdırır. Bu barədə bankın yanvar ayına olan “Qlobal iqtisadi perspektivlər-2016” adlı hesabatında məlumat verilir.
Xəbər verildiyi kimi, DB 2015-ci ilin oktyabr ayıında dərc edilmiş “Xammalın aşağı qiymətləri və zəif valyutalar” icmalında 2016-cı il üçün Azərbaycanda ÜDM-ni 2,6% səviyyəsində proqnozlaşdırıb.
DB 2017-ci ildə respublikada ÜDM artımını 1,2% (oktyabr ayı üçün proqnoz 2,7%), 2018-ci ildə 2,7% səviyyəsində proqnozlaşdırır.
Proqnozlara əsasən, 2016-cı ildə Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artım tempi 3% artacaq, eyni zamanda, neftin qiymətləri daha aşağı templərlə azalacaq və ya sabitləşəcək, Rusiya Federasiyasının iqtisadiyyatında vəziyyət yaxşılaşacaq, Ukrayna iqtisadiyyatında canlanma gözlənilir. Vəziyyətin yaxşılaşması regionun qarşıda duran problemlərin, o cümlədən geosiyasi gərginlik, neftin aşağı qiymətləri və ağır maliyyələşdirmə şərtlərinin öhdəsindən gəlib-gəlməməsindən asılı olacaq.
“2014-cü ildə xammalın qiymətlərinin kəskin ucuzlaşmasından sonra sabitləşmə 2016-2018-ci illərdə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini əhatə edən regionun şərq hissəsində artımın mülayim şəkildə bərpa olunmasına kömək edə bilər. 2016-cı ildə Rusiyada iqtisadi resessiya fazasının başa çatması regionun şərq hissəsindəki digər ölkələrdə inkişafa kömək edəcək”, - deyə məruzədə bildirilir.
Azərbaycan hökuməti 2016-cı ildə ölkədə iqtisadi artımı 1,8% səviyyəsində proqnozlaşdırır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət