Valideynlər məktəblərin və uşaqların həyatında fəal iştirak etməlidirlər. Bunu Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva Təhsil Nazirliyinin məktəb icmaları arasında keçirdiyi pilot layihənin başa çatması ilə əlaqədar mükafatlandırma mərasimində söyləyib.
“Təhsil sahəsində çoxlu sayda müxtəlif proqramlar həyata keçirilir, lakin bunlar o qədər də vacib deyil. Biz hər zaman məktəblilər, valideynlər və müəllimlər arasında münasibətlərin qurulmasının xüsusi əhəmiyyət daşıdığını qeyd etmişik. Biz valideynlərin məktəb və şagirdlərin həyatında daha fəal rol oynamasını istərdik”, - deyə M.Vəliyeva qeyd edib.
Onun sözlərinə görə, valideynlər uşaqların təhsilinə böyük məsuliyyətlə yanaşmalıdırlar.
“Valideynlər orta məktəbdə, xüsusən yuxarı siniflərdə oxuyan şagirdlərin dərslərinə diqqəti azaldırlar. Valideynlər yalnız valideyn iclaslarında uşaqlarının təhsilindən xəbər tuturlar”, - deyə o qeyd edib.
M.Vəliyeva söyləyib ki, valideyn, şagird və müəllimlərin qarşılıqlı fəaliyyəti məktəblərin işində şəffaflığın təmin edilməsinə kömək edir.
“Bəzi şagirdlər öz yaşıdları və müəllimləri ilə münasibət qurarkən problemlərlə üzləşirlər. Bu mənada belə mənfi halları aradan qaldırmağa kömək edən bu layihə böyük əhəmiyyətə malikdir”, - deyə o əlavə edib.
M.Vəliyeva söyləyib ki, valideyn olmaq bir növ vəzifədir. “Bu vəzifədən kimisə kənarlaşdırmaq, yerinə başqasını təyin etmək mümkün deyil, buna görə də uşaqların tərbiyə prosesində bütün tərkib hissələrini ölçüb-biçmək lazımdır”, - deyə o əlavə edib.
“Bu gün məktəblilərin bu layihə çərçivəsində əldə etdiyi təcrübə valideyn olarkən onlara kömək edəcək”,- deyə M.Vəliyeva bildirib.
Tədbirdə qeyd edilib ki, müsabiqədə ümumilikdə şagird, müəllim və valideynlərdən ibarət 37 məktəb icması iştirak edib. Layihədə iştirak etmək istəyənlərin sayı isə 50-dən çoxdur. Qaliblərə fəxri fərmanlar və hədiyyələr verilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət