“Xalq Bank” nizamnamə kapitalını 7,4% - 211 mln. 646,49 min manata qədər artırıb. Bu barədə bankın məlumatında deyilir.
“Bank nizamnamə kapitalının 7,4% - 211 mln. 646,49 min manata qədər artırılması prosedurunu başa çatdırıb. Nizamnamə kapitalı bankın 2014-cü ildə əldə etdiyi xalis mənfəətin yenidən kapitallaşdırılması hesabına artırılıb”, - məlumatda qeyd olunur.
Bank nizamnamə kapitalının həcminə görə ölkə bankları arasında üçüncü yeri tutur.
Nizamnamə kapitalı artırıldıqdan sonra bankın səhmdarlarının pay bölgüsü dəyişib. Belə ki, “Amal Invest Group”un payı 15,05%-ə qədər azalıb (31,84 mln. manat). İki səhmdarın - “EuroStandard” və “İdeal Business Ko”nun payı isə müvafiq olaraq 33,85%-ə qədər (71,6 mln. manat) və 50% (105,8 mln. manat ) artıb.
“Xalq Bank” 2004-cü il dekabrın 30-da bank fəaliyyəti üçün lisenziya alıb. Bankın səhmdarları 3 hüquqi şəxs - “EuroStandard” MMC, “Ideal Business” MMC və “Avanqard” MMC-dir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət