Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjitskaya baş rollardan birini ifa edəcəyi “Afina gecələri” tamaşasını özü seçib. Bu barədə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski məlumat verib.
“Y.Nevmerjitskayanın yubileyi ilə əlaqədar ona özünün iştirak edəcəyi tamaşa seçmək təklif olundu və o, “Afina gecələri” tamaşasını seçdi”, - deyə A.Şarovski “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Y.Nevmerjitskaya isə qeyd edib ki, tamaşa Pyotr Qladilinin eyniadlı pyesi əsasında hazırlanıb. “Pyesi oxuyan kimi çox bəyəndim. Ümid edirəm ki, tamaşa da izləyicilərin xoşuna gələcək”, - deyə aktrisa söyləyib.
Yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Afina gecələri” tamaşasının premyerası keçiriləcək.
Tamaşa baş rollardan birini ifa edəcək respublikanın əməkdar artisti Yevgeniya Nevmerjitskayanın yubileyinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Tamaşada rolları xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya və Natalya Şarovskaya, aktyorlar Oleq Əmirbəyov və Natavan Hacıyeva ifa edəcəklər.
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət