Mən teatrda 17 yaşımdan işləməyə başlamışam. Bunu Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjitskaya “İnterfaks-Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında söyləyib. Mətbuat konfransı aktrisanın yubileyi münasibəti ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının təqdim etdiyi “Afina gecələri” tamaşasının premyerasına həsr olunub.
“Mən teatra 1963-cü ildə gəlmişəm. Teatr institutunun birinci kursunda oxuyarkən məni işə qəbul etdilər. İnstituta gəldilər və məni seçdilər. O zaman rejissor Yevgeni Saxarov idi. Mən eyni zamanda həm oxuyur, həm də teatrda işləyirdim”, - deyə o qeyd edib.
Y.Nevmerjitskaya həyatında teatrın böyük rol oynadığını deyib. “Teatr mənim üçün çox vacibdir. İlk rolum “Terezanın ad günü” tamaşasında olub.
“Yadımdadır, səhnəyə çıxarkən zal tamamilə dolu idi və aktyorlardan Şerye, Karnilov, Adamov, Aduşev, Tumarkina, Antropova da mənimlə eyni səhnəni bölüşürdülər və mənə elə gəlirdi ki, bütün bunlar mənimlə deyil, bir başqası ilə baş verir, axı cəmi 17 yaşım var idi. Beləliklə də, bu günə qədər fəaliyyətimi davam etdirdiyim teatrda işləməyə başladım”,- deyə Y.Nevmerjitskaya qeyd edib.
Onun sözlərinə görə, bugünkü tamaşada hər zaman aktual olan bir mövzu məhəbbət, ailə və həyat mövzusu irəli çəkilib. “Pyes çoxdan yazılıb, lakin Aleksandr Yakovleviç Şarovski onu müasirləşdirib. Aktrisaya hər mənada yaxın olan pyes tapmaq çətindir. Lakin deyə bilərəm ki, bu rol mənə uyğun gəlir, taleyimdən razıyam, rollarım çoxdur”,- deyə aktrisa bildirib.
Teatrın baş rejissoru, respublikanın xalq artisti, yubiley tamaşasının quruluşçu rejissoru A.Şarovski qeyd edib ki, teatrın uğuru seçdiyi tamaşadan asılıdır. Yubileyi qeyd edilən aktrisa barəsində danışan baş rejissor söyləyib ki, adətən aktrisalar özlərinə gənc qadın rolları seçirlər, Y.Nevmerjitskaya isə əksinə seçim edib. “Bu, cəsarətli addımdır”, - deyə o əlavə edib.
Tamaşada rol alan aktyor Oleq Əmirbəyov isə bildirib ki, yüksək səviyyəli peşəkarlarla işləmək məsuliyyət tələb edir. “Onunla bir səhnədə olmaq mənə xoşdur”,- deyə aktyor qeyd edib.
Gənc aktrisa Natavan Hacıyevanın sözlərinə görə, səhnədə Y.Nevmerjitskaya ilə birlikdə ilk dəfə rol alıb. “Aktyor heyəti çox gözəldir. Mən tamaşada pianoçu rolunu oynayıram. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”,- deyə aktrisa bildirib.
“Mən pyesi oxuyan kimi Y.Nevmerjitskaya ilə bir tamaşada oynamağa razı oldum. Mənim rollarım müxtəlifdir və onları sevirəm. Lakin bu rol mənim üçün yenidir. Bu, mənim üçün əlamətdar roldur, burada həyatla üst-üstə düşən çoxlu məqamlar var”, - deyə əməkdar artist Natalya Şarovskaya bildirib.
Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov qeyd edib ki, aktyorlar arasında tərəf müqabili duyğusu olmayan aktyorlar var. Lakin bu tamaşada belə aktyor yoxdur. Ailə tamaşasıdır və əminəm ki, bu, uzun müddət tamaşaçılar tərəfindən uğurla qarşılanacaq tamaşa olacaq”,- deyə xalq artisti vurğulayıb.
Yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Afina gecələri” tamaşasının premyerası keçiriləcək.
Tamaşa baş rollardan birini ifa edəcək əməkdar artist Yevgeniya Nevmerjitskayanın yubileyinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Tamaşada rolları xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya və Natalya Şarovskaya, aktyorlar Oleq Əmirbəyov və Natavan Hacıyeva ifa edəcəklər.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət