Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan Platforması” əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbdən məlumat verilib.
Artıq universitet “Ultra Technologies” şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb. Təhsil müəssisəsində ilkin olaraq hazır “EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə” Platformasının bir neçə modulunun qurulması, tətbiqi və təliminin həyata keçirilməsi, təhsil prosesinin, o cümlədən kurs və tədris cədvəllərinin tətbiqi planlaşdırılır.
Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirən Fənn kataloqları, tədris planı, tədris cədvəlini əhatə edəcək Tədris prosesinin planlaşdırılması daxildir.
Gələcəkdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “EduMan Platformasının” digər modullarını - elektron jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun idarə edilməsi, elektron imtahan idarəetmə və digər sistemlərin növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.
Qeyd edək ki, “EduMan” sistemi “Ultra Technologies” şirkəti tərəfindən hazırlanmış və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Dövlət Dillər Universiteti, “Baku Oxford School” (BOS), Təhsil Nazirliyinin tabeliyində olan 5 kollecdə uğurla tətbiq edilib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət