Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin “İlin fotoqrafı 2015” tədbiri keçiriləcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
1999-cu ildən hər il mütəmadi olaraq baş tutan yekun tədbirdə ayrı-ayrı illərdə Hüseyn Hüseynzadə, Sənan Ələsgərov, Asiyat Fətullayeva, Emin Xəlilov, Sitarə İbrahimova, İlkin Hüseynov, Rəna Əfəndi, İlqar Cəfərov, Dilavər Nəcəfov və digər fotoqraflarımız “İlin fotoqrafı” olublar.
Bu dəfəki tədbirdə 2015-ci il üçün “İlin fotoqrafı” seçiləcək, qızıl, gümüş və bürünc “Arqus” mükafatı öz sahiblərini tapacaq. Tədbirdə Hüseyn Hüseynzadə adına “Ümid" mükafatı təqdim olunacaq, Azərbaycan fotosənətinin yeni inkişaf tendensiyasını əks etdirən "İlin layihəsi” elan ediləcək. “Fotoqrafiya sənətində xidmətlərinə görə” nominasiyasında maestro fotoqraflar fərqlənəcəklər.
Tədbirdə Hüseyn Hüseynzadə adına “Ümid" mükafatı təqdim olunacaq, Azərbaycan fotosənətinin yeni inkişaf tendensiyasını əks etdirən "İlin layihəsi” elan ediləcək. “Fotoqrafiya sənətində xidmətlərinə görə” nominasiyasında maestro fotoqraflar fərqlənəcəklər.
Həmçinin ARTFAKTOR “Fotoqrafiya sahəsində nailliyyətlərinə görə” mükafatını təqdim edəcək.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət