Bu gün Bakıda yerləşən 132-134 nömrəli Təhsil Komleksində bu təhsil müəssisəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Sabahın alimləri” layihəsi çərçivəsində tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Tədbiri giriş sözü ilə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova açaraq bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya vacib vəzifə kimi qoyulub: “Strategiyaya uyğun olaraq istedadlı şagirdlərin inkişafı üçün bizim təhsil müəssisəsində geniş imkanlar yaradılıb.
“Təhsil Kompleksində yaradıcı qabiliyyəti və araşdırma qabiliyyəti olan şagirdlərin aşkarlanması üçün yaradılmış “Kiçik Akademiya” öz müsbət nəticələrini verib”, - deyə o qeyd edib.
S.Xanlarova onu da əlavə edib ki, 155 illik tarixi olan Təhsil Kompleksində hazırda 5 xarici dil tədris olunur. Burada, əsasən multikulturalizm və multilinqvistika kimi prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır.
O bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin məzunları arasında Azərbaycan xalqı tarixində böyük xidmətləri olmuş şəxsiyyətlərin adları vardır.
Sonra kompleksin 9, 10 və 11-ci sinif şagirdləri "Karbon nanoborular", "Sağlam həyat", "Elektron avadanlığın istifadəsi", "Ozonqatınıdağıdan maddələr və ekoloji təmiz alternativlər", "Alimlərləpolemika" mövzuları üzrə layihələrini təqdim ediblər.
Tədbirdə iştirak edən akademiklər Rasim Əliquliyev, Vaqif Abbasova, Fəxrəddin Qədirov, , AMEA-nın müxbir üzvü Nazim Məmmədov və digərləri çıxış edərək layihələrlə bağlı fikir və tövsiyələrini səsləndiriblər.
Sonda Təhsil Kompleksinin şagirdlərikonsertproqramı ilə çıxış ediblər.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət