Qonşu ölkələrdə “donuz qripi” kimi də tanınan H1N1 virusunun yayılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının sərhəd-keçid məntəqləri gücləndirilmiş iş rejiminə keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna muxtar respublikanın Dövlət Gömrük Xidmətindən məlumat verilib.
“Muxtar respublikanın bütün sərhəd-keçid məntəqələrində təhlükəli viruslara qarşı zəruri profilaktik işlər, lazımi sanitar və dezinfeksiya tədbirləri görülür”, - deyə məlumatda bildirilir.
Xaricdən Naxçıvana gələn bütün avtonəqliyyat vasitələri sensorla işləyən dezinfeksiyaedici qurğulardan keçir. Məhz lazımi profilaktika aparılandan sonra həmin nəqliyyat vasitələri muxtar respublika ərazisinə buraxılır.
“Xaricdən gələn şəxslərin bədən temperaturuna termal kameralar vasitəsilə nəzarət olunur. Həmçinin vizual olaraq da tibbi müşahidə aparılır. Şübhəli hal qeydə alındıqda həmin şəxs nəzarətə götürülür, sərhəd-keçid məntəqələrindəki sanitar otaqlarda müayinə olunur və Səhiyyə Nazirliyi, o cümlədən ən yaxın tibb müəssisəsi ilə məlumat mübadiləsi aparılır.
Gün ərzində sərnişin giriş zallarındakı qapıların dəstəkləri, döşəmələr, qeydiyyat yerləri mütəmadi olaraq xüsusi məhlulla dezinfeksiya edilir, yoluxucu xəstəliklərin profilaktikası üçün bütün zəruri tədbirlər lazımi səviyyədə həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
Sərhəd-keçid məntəqələrində Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin tibb personalı da fəaliyyət göstərir. Məqsəd yoluxucu xəstəliklərlə bağlı sərhəddən gələ biləcək təhlükələrə qarşı birgə mübarizə aparmaqdır.
Sərhəd-keçid məntəqələrində yoluxucu xəstəliklərin profilaktikası məqsədilə görülən işlər təkcə H1N1 virusunun deyil, ümumilikdə, bütün yoluxucu xəstəliklərin, o cümlədən qonşu ölkələrdə yayılmış dabaq xəstəliyinin də muxtar respublikaya keçməsinin qarşısının alınmasına xidmət edir.
Bu məqsədlə gömrük orqanları tərəfindən xaricdən gətirilən heyvandarlıq məhsullarına qarşı ciddi nəzarət və məhdudiyyət tədbirləri də həyata keçirilir.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət