Azərbaycan hökuməti fevralın 1-dən vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərini vergidən azad etməyi təklif edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti komitələrinin birgə iclasında bəyan edib.
“Bu dəyişikliyin cari il fevralın 1-dən 3 il müddətinə tətbiq edilməsi nəzərdə tutulur”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 6,6 mln. əmanətçi var, onların əmanətlərinin ümumi məbləği 9,3 mlrd. manat təşkil edir. “Əgər həmin amilləri nəzərə alsaq, dövlət büdcəsinə illik vergi daxilolmaları 93 mln. manat az olacaq”, - deyə E.Rüstəmov qeyd edib.
O vurğulayıb ki, dividendlər, diskontlardan gəlirlər və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri də 3 il müddətinə vergidən azad olunacaq.
Xəbər verildiyi kimi, 1 yanvar 2015-ci ilə qədər Azərbaycanda vətəndaşların bank əmanətləri üzrə gəlirlərindən vergi tutulmurdu. Lakin 2015-ci ildən etibarən vətəndaşların bank əmanətləri üzrə faiz gəlirlərindən vergitutma təbrübəsi tətbiq olunub.
Vergi dərəcəsi 10% təşkil edir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət