Fənn olimpiadalarının ikinci turu Azərbaycanın 10 şəhərində keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev məlumat verib.
“Fənn olimpiadasının ikinci turu test əsasında Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Xaçmaz, Lənkəran, Şirvan, Ağdaş, Mingəçevir və Şamaxı şəhərlərində keçiriləcək”, - deyə F.Qarayev qeyd edib.
“Son bir neçə ildə respublika fənn olimpiadalarının iştirakçılarının sayı əhəmiyyətli dərəcədə artıb. Məsələn, keçən il olimpiadalarda 22 min məktəbli iştirak edibsə, bu il onların sayı 27,5 min nəfərə çatıb”,- deyə o qeyd edib.
F.Qarayevin sözlərinə görə, rayon məktəblərindən qatılan şagirdlərin də sayı artıb.
“Əgər rayon məktəblərində 18 minə yaxın şagird iştirak edibsə, bu il onların sayı 22 min nəfərə çatıb”, - deyə əlavə edib.
Belə yüksək nəticələr sözsüz ki, olimpiadaların obyektiv, ədalətli və şəffaf keçirildiyindən xəbər verir.
Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək Respublika Təşkilat Komitəsi tərəfindən elan ediləcək.
Rayon mərhələsinə əsasən, hər sinifdən hər fənn üzrə sualların ən azı 60%-nə cavab vermiş 3 ən yaxşı iştirakçı respublika yarımfinal mərhələsində iştirak hüququ əldə edib.
Yanvarın 17-də Azərbaycanın bütün şəhər və rayonlarında Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadalarının birinci rayon (şəhər) mərhələsi keçirilib.
27,5 min şagirdin iştirakı ilə keçirilən birinci mərhələdə məktəblilər fənlər üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Respublik fənn olimpiadaları IX, X və XI sinif şagirdləri arasında fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə test əsasında keçirir. Şagirdlər üçün test formasında hazırlanan suallar fənn kurrikulumuna uyğun olaraq təqdim edilib. 30-40 tapşırığın həllinə 3 saat vaxt ayrılıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət