Beynəlxalq olimpiadalarda mükafat yerlərinə layiq görülən məktəblilər qəbul imtahanları vermədən öz ixtisasları üzrə Azərbaycanın istənilən ali məktəbinə qəbul olmaq hüququ əldə edirlər, həmçinin imtahandan keçmədən beynəlxalq universitetlərə qəbul ola bilərlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev məlumat verib.
“Son 10 il ərzində 4 azərbaycanlı şagird beynəlxalq olimpiadalarda mükafat yerləri tutaraq yerli ali məktəblərin tələbəsi olub. 100-ə yaxın şagird Stenford Universiteti (ABŞ), Oksford, Kembric universitetləri (Britaniya), Toronto Universiteti (Kanada) və s. kimi beynəlxalq ali məktəblərin tələbələri olub”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, azərbaycanlı məktəblilərin uğurunun daha bir təsdiqi Jautıkov adına XII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadasında 7 medal qazanması olub. Olimpiadada 17 ölkədən 63 komanda (413 şagird) iştirak edib. Olimpiada 13-19 yanvar 2016-cı il tarixlərində Almatıda keçirilib.
“Həmin olimpiadada azərbaycanlı şagirdlər fizika fənni üzrə 2 gümüş, 1 bürünc, riyaziyyat fənni üzrə 2 bürünc, informatika fənni üzrə 2 bürünc medal qazanıblar”, - deyə F.Qarayev vurğulayıb.
Təhsil Nazirliyi 2014-cü ildən etibarən azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin olunması üçün bu istiqamətdə məqsədyönlü fəaliyyət həyata keçirir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət