Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlara dəyişiklikləri qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, 2016-cı il fevralın 1-dən sığortalanmalı olan bank əmanətlərinin məbləğinə qoyulan məhdudiyyət aradan qaldırılır.
Hazırda sığorta sistemi illik 12% dərəcəsi ilə 30 min manata qədər olan əmanətləri əhatə edir.
Bununla yanaşı, əmanətin qoyulduğu valyutadan asılı olaraq fərqləndirilən əmanət faizləri üzrə məhdudiyyətlər saxlanılacaq.
Manat əmanətləri üzrə dərəcə milli valyutaya marağın artırılması üçün daha yüksək olacaq. Əmanətlərin Sığortalanması Fondu (ADİF) illik faiz dərəcəsini müəyyən edəcək. Əgər əmanətin faiz dərəcəsi bu dərəcə həddində olarsa, o zaman əmanət 3 il müddətinə sığortalanacaq.
Qanunvericiliyə əsasən, əmanətçi əmanətlərin sığortalanması üzrə yeni qaydalarla müqavilə bağlamaq istəsə, əmanətlər üzrə faiz dərəcələrinin saxlanması nəzərdə tutulub.
“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklərə əsasən, ADIF Qəyyumlar Şurası bank əmanətləri üzrə kompensasiyaların ödənilməsi zamanı vəsait çatmazsa, borc vəsaitlərin cəlb edilməsi barədə qərar qəbul edə bilər.
Belə olan halda ADIF AMB-yə müraciət edə və ondan dövlət zəmanəti ilə kredit cəlb edə bilər. ADIF-in müraciət etdiyi müddətdən krediti aldığı müddətə qədər bütün proses 21 iş günündən çox olmamalıdır.
Bundan əlavə, dəyişikliklər fond tərəfindən ADIF-in üzvü olan banklardan cəlb edilmiş əlavə təqvim ödənişlərinin maksimal 0,2%-lik həcmindən (rüb ərzində sığortalanan əmanətlər üzrə orta günlük qalığın həcminin) 0,1%-ə qədər azalmasını nəzərdə tutur.
Banklardan əlavə təqvim ödənişləri fondun kompensasiya ödəmək üçün vəsaiti və ya bu məqsədlərlə borc aldığı vəsaitlər çatışmadığı haıda cəlb edilə bilər. Belə olan halda əlavə təqvim ödənişləri fond borc vəsaitlərini ödəyib qurtarana qədər bütün müddət ərzində cəlb edilməlidir.
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət