Azərbaycanda uşaq övladlığa götürüldükdən sonra monitorinq sahəsində bir sıra problemlər mövcuddur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Tədqiqatlar Departamentinin rəhbəri Elgün Səfərov məlumat verib.
“Burada müəyyən problemlər var. Uşaq beynəlxalq övladlığa verildikdən sonra 3 il ərzində onun yeni ailəyə necə uyğunlaşmasına dair məruzələrin qəbulu aparılır. Videoçarxlar, şəkillər, uşağın təhsil aldığı müəssisə barədə rəsmi sənədlər, yaşadığı şərait, xəstə uşaq övladlığa götürüldüyü halda tibbi müayinələrin nəticələrinə və s. dair hesabatlar göndərilir. Əcnəbi vətəndaşların əksəriyyəti xəstə uşaqları övladlığa götürəndən sonra onları əməliyyat etdirir və səhhətinin yaxşılaşması və reabilitasiyası üçün zəruri olan hər şeyi edirlər. Əfsuslar olsun ki, azərbaycanlı ailələr bu cür uşaqları övladlığa götürmürlər”, - deyə o bildirib.
Onun sözlərinə görə, uşaq yerli səviyyədə övladlığa götürüldükdən sonra monitorinq video və fotomateriallar hazırlanmadan yerli hakimiyyət orqanları tərəfindən aparılmalıdır.
“Xaricdə bu cür monitorinqlər və hesabatlar xüsusi hüquq xidmətləri tərəfindən aparılır. Onlar bu fəaliyyətin həyata keçirilməsi üçün akkreditasiyadan keçirlər və fəaliyyətlərinə görə əmək haqqı alırlar. Həmin təşkilatlar beynəlxalq statusa malikdir və məruzələrin təqdim olunmasına görə məsuliyyət daşıyırlar, lakin bizdə bu cür xidmətlər yoxdur. Bizdə daxili monitorinq sistemi də yoxdur. Bu cür sistemin mövcudluğu uşağa qarşı zorakılıq faktları və digər mənfi amillərin qarşısını almağa yardım edir”, - deyə E.Səfərov söyləyib. O vurğulayıb ki, respublika daxilində bu vəziyyətin yaxşılaşması istiqamətində iş aparılır.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət