Akademik Milli Dram Teatrında "Generalın son əmri" tamaşasının premyerası olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
Dramaturq, publisist Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanmış "Generalın son əmri" tamaşasının quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada əməkdar artistlər Füzuli Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə), Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi), Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə), İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən Kərimduxt (Qonşu oğlan) çıxış edirlər.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət