Bu il Azərbaycan dünyanın müxtəlif ölkələrində korrupsiyanın səviyyəsini qiymətləndirən “Transparency International” təşkilatının qlobal reytinqində mövqelərini yaxşılaşdırıb.
Azərbaycan Rusiya ilə yanaşı 119-ci mövqedə dayanır. Ötən il respublika bu reytinq cədvəlində 126-cı pillədə idi.
Reytinqdə Gürcüstan 48-ci yerdə qərarlaşmaqla postsovet ölkələri arasında korrupsiyanın səviyyəsinə görə ən yaxşı mövqedə dayanır. Təşkilatın məlumatına görə, keçmiş SSRİ ölkələri arasında Estoniya (23-cü yer), Litva (32-ci yer), Latviya (40-cı yer), Ermənistan (95-ci yer), Moldova (103-cü yer) və Belarusda (107-ci ) korrupsiyanın səviyyəsi aşağıdır.
İndeksdə Braziliya 5 bal itirib, ölkə reytinq cədvəlində 7 pillə geriləyərək 76-cı yerdə qərarlaşıb.
Reytinqə 91 balla Danimarka başçılıq edir. 2-ci və 3-cü yerləri Finlandiya və İsveç tutur. Artıq dördüncü ildir reytinq cədvəlində sonuncu yerləri 8 balla Koreya Xalq Demokratik Respublikası və Somali bölüşdürür. Reytinqi tərtib edənlərin qiymətləndirmələrinə görə, bu ölkələrdə korrupsiyanın səviyyəsi olduqca yüksəkdir.
Ukrayna 27 balla Kamerun, İran, Nikaraqua və Paraqvayla eyni - 130-cu pillədə dayanır.
Təşkilat hesab edir ki, ən yaxşı göstəricilərə malik olan ölkələrdə mətbuat azadlığı yüksək səviyyədədir, büdcə haqqında informasiya hamı üçün açıqdır, məhkəmə orqanları varlılar və kasıblar arasında fərq qoymadan və dövlətin digər qurumlarından asılı olmadan müstəqil fəaliyyət göstərir.
Ən pis göstəricilərə malik ölkələr münaqişə və müharibələrdən əziyyət çəkməsi ilə yanaşı, ədalətsiz idarəetmə sistemi, etibarsız dövlət institutları, həmçinin KİV-lərin kifayət qədər müstəqil olmaması ilə seçilir.
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət