Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə “Naxçıvan tarixi” çoxcildliyinin təqdimat mərasimi keçirilib.
“Bəşər sivilizasiyasının ilk məskənlərindən olan Naxçıvan antik və orta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə - ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Naxçıvan həm də Azərbaycan dövlətçilik tarixinə mühüm töhfələr verən bir diyardır”, - deyə V.Talıbov mərasimdə çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, öz dövlətlərini yaratmışlar. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması bu yurdda sivilizasiyanın inkişafının ən mühüm göstəricisidir. V.Talıbov vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ölkəyə hər iki rəhbərliyi dövründə Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının tarixinin elmi şəkildə öyrənilməsinə xüsusi diqqət yetirib. Onun milli dəyərlərin qorunması və xalqın tarixi yaddaşının bərpası istiqamətində həyata keçirdiyi tədbirlər milli tarixə yeni yanaşmanın əsasını qoyub.
Qeyd olunub ki, “Naxçıvan tarixi” çoxcildliyində qədim diyarın keçdiyi mürəkkəb və çoxşaxəli yol ilk dəfə olaraq bütün mərhələləri ilə sistemli şəkildə əks olunub.
V.Talıbov bildirib ki, “Naxçıvan tarixi” çoxcildliyi ali təhsil müəssisələrində dərslik kimi tədris olunmalı, bu qədim diyarın tarixinin müxtəlif mərhələlərinə ətraflı nəzər salınmalı, elmi müzakirə və konfranslar keçirilməlidir. Kitab teleradio və qəzetlərdə geniş təbliğ olunmalıdır.
“Əsas vəzifələrdən biri də tariximizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdan və tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaqdan ibarət olmalıdır. Bu işdə yalnız tarixçi alim və tədqiqatçılar deyil, bütün ziyalılar, ictimaiyyət nümayəndələri fəallıq göstərməlidirlər”,- deyə Ali Məclisin sədri vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, “Naxçıvan tarixi” çoxcildliyinin nəşri bütövlükdə Azərbaycan elmində əlamətdar hadisədir. O, nəşri Azərbaycan elminə və ictimai-humanitar fikrinə töhfə kimi dəyərləndirib.
Sonra tədbir iştirakçıları Naxçıvan tarixinə həsr olunan yeni nəşrlərdən ibarət sərgiyə baxıblar.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət