Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr arasında “Robototexnika” üzrə yarışma keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov yarışmada iştirak edən tələbələri salamlayaraq onların hər birinə uğurlar arzulayıb. O, tələbələrin dərsdən əlavə çalışmaqla müəyyən qurğular yaradaraq öz biliklərini nümayiş etdirmələrindən məmnun olduğunu bildirib. E.Qasımov tələbələrin yaradıcılıq və təşəbbüsünün böyük əhəmiyyət daşıdığını, onların bu nailiyyətlərinin davam edəcəyini deyib. Rektor tələbə yarışları və sərgilərinin əhəmiyyətindən söz açaraq bildirib ki, belə yarışlarda BANM-in əməkdaşlıq etdiyi beynəlxalq şirkətlərin təmsilçilərinin iştirakı da təqdirəlayiqdir.
O, həmin şirkətlərin öz gələcək mütəxəssislərini indidən seçdiklərini vurğulayıb .
Rektor bildirib ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” BANM-də çox vacib ixtisaslardan biridir və burada təhsil alan tələbələrin fəaliyyətinə xüsusi əhəmiyyət verilir. E.Qasımov bu yarışmanın davamlı olacağına inamını ifadə edərək gələcəkdə bu yarışmaların orta ümumtəhsil məktəbləri ilə birgə keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, orta məktəb şagirdlərinin gələcəkdə yarışmalara cəlb olunmasını tövsiyə edib.
Sonra 6 komanda üzrə yarışma başlanıb. Tələbələr hazırladıqları və proqramlaşdırdıqları robotları nümayiş etdiriblər və hər biri haqqında məlumat verərək onların işləməsini əyani olaraq göstəriblər.
Münsiflərin qiymətləndirməsindən sonra komandalar içərisindən “New era” komandası 1-ci yer, “Moon walkers” komandası 2-ci yer, “Star” komandası 3-cü yeri qazanıb. Qalib komandalar BANM-in əməkdaşlıq etdiyi şirkətlər tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, yarışmada III kursda təhsil alan 18 tələbə iştirak edib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət