Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hesab edir ki, Azərbaycan çox əlverişli, böyük bazarı olan regionda yerləşir, ilkin olaraq burada iqtisadi mövqeyini gücləndirməlidir.
“Yalnız Xəzərin ətrafını nəzərə alsaq, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstanda təxminən 300 milyona yaxın əhali yaşayır. Biz ilkin olaraq bu bazarda öz mövqeyimizi gücləndirməliyik”, - deyə Ə.Həsənov AZƏRTAC dövlət agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, keyfiyyətli Azərbaycan brendləri yaradılmalı, güclü menecment təşkil edilməli, bu işdə həm sahibkarların, həm də dövlətin imkanlarından geniş istifadə olunmalıdır. “Sonrakı mərhələdə, istehsal potensialı artdıqca daha böyük bazarlara çıxış haqqında düşünməliyik”, - deyə o qeyd edib.
Ə.Həsənov vurğulayıb ki, tam Azərbaycan məhsulu olan malların qiyməti kifayət qədər aşağıdır, lakin tərkibində xaricdən gətirilən komponentlər olan məhsulların maya dəyəri yüksək olduğuna görə onların ixracını təşkil etmək o qədər də asan məsələ deyil. Buna görə də yeni investisiya layihələrində Azərbaycanda istehsal olunan malların komponentlərinə diqqət yetirilməli və bu xammalın istehsalına prioritet verilməlidir. O bildirib ki, belə təkliflər də var ki, bu sahədə istehsal təşkil olunana kimi, həmin komponentlərə müəyyən gömrük və vergi güzəştləri nəzərdə tutula bilər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət