Bu il regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri – “Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF 2016) sərgisi öz 15 illik yubileyini qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Keçirildiyi illər ərzində AITF sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək bu sənaye sahəsinin qovşağı (“hab”) statusunu qazanıb.
Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən AITF sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən dəstəklənir. Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) AITF sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Sərginin müsbət dinamik inkişafı, eləcə də onun ölkənin turizm sektorunda oynadığı xüsusi rol son illər ərzində sərginin həm iştırakçılarının, həm də ekspozisiyaların sayının artmasını bir daha təsdiq edir. AITF-2016 sərgisində dünyanın 40 ölkəsindən fərqli turizm istiqamətlərini təqdim edən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya) və Çexiya öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədi ilə sərgidə milli pavilyonlarla çıxış edəcəklər. Sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Bundan başqa, sərgidə Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir.
AITF sərgisi ilə eyni vaxtda Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sənayesi üzrə mühüm ixtisaslaşdırılmış tədbiri - 10-cu Yubiley Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus” 2016) sərgisi keçiriləcək. Sərgidə “Mehmanxana, Restoran və Kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı yerli və beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri peşəkar mətbəx və ticarət avadanlıqları, mehmanxana və restoranlar üçün mebel, habelə tekstil (parça) və uniformalar, peşəkar gigiyenik vasitələr, eləcə də qida məmulatları və içkilər təqdim olunacaq.
AITF və “HOREX Caucasus” sərgiləri 7-9 aprel tarixlərində yalnız turizm peşəkarları, aprel ayının 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət