Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təltif olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dan məlumat verilib.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin 2 fevral - Gənclər günü münasibətilə keçirdiyi təntənəli mərasimdə ölkəmizin ictimai-siyasi həyatında fərqlənən gənclər mükafatlandırılıblar. Onların arasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da var. Baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov E.Qasımova mükafatı təqdim edib.
Tədbirdə prezident İlham Əliyevin uğurlu gənclər siyasətinə həsr edilmiş “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” videoçarxı və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin 2015-ci il ərzində fəaliyyətinə həsr edimiş videoçarx nümayiş olunub.
Ə.Əhmədov tədbirdə çıxış edərək YAP Gənclər Birliyinin üzvlərini, eləcə də bütün ölkə gəncliyini Gənclər günü münasibətilə təbrik edib.
Milli Məclis sədrinin I müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək prezident İ.Əliyevin uğurlu gənclər siyasətindən, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından, YAP Gənclər Birliyinin uğurlu fəaliyyətindən bəhs ediblər.
Gənclər Birliyinin fəal üzvləri tədbirdə çıxış edərək bu gün ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından söz açıblar.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət