“Müqavilənin dəyəri $180 mln. təşkil edir. “Maire Tecnimont S.p.A” şirkəti müvafiq tender əsasında sözügedən zavodun tikintisi üzrə EPC-podratçı seçilib”,- deyə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
O qeyd edib ki, hazırda “Maire Tecnimont S.p.A” Azərbaycanda illik istehsal gücü 180 min tona bərabər olan polipropilen zavodunun tikintisini uğurla həyata keçirir.
“İllik istehsal gücü 120 min ton olan yüksək sıxlığa malik polietilen zavodunun tikintisi artıq bu il başlayacaq”,- deyə SOCAR prezidenti əlavə edib.
O əlavə edib ki, bu iki müəssisə ilə yanaşı, ARDNŞ neft-kimya məhsullarının istehsalı üzrə bir sıra digər qurğuların tikintisini planlaşdırır. “Bununla əlaqədar müvafiq layihə işləri aparılır. Biz Azərbaycanda yüksək əlavə dəyərə malik neft-kimya məhsullarının istehsalına diqqət yönəltmək istəyirik”, - deyə R.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, “SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarının 2018-ci ildə işə salınması planlaşdırılır.
Zavodların tikintisi üzrə layihənin dəyəri $750 mln. təşkil edir, bunun 40%-i səhmdarların kapitalı, 60%-i kredit vəsaitləridir. Zavodlarda istehsal ediləcək məhsulun bir hissəsi daxili bazara yönəldiləcək, qalanı Türkiyə, Avropa və MDB ölkələrinə ixrac ediləcək. Bizim üçün əsas hədəf Türkiyə bazarıdır, SOCAR bu ölkədə plastik məmulatlar bazarının 30%-nə nəzarət edir
SOCAR 2015-ci ilin iyun ayında Rusiyanın “Qazprombank” ASC-dən “SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarnın tikintisinin maliyyələşdirilməsi üçün $489 mln. manat məbləğində kredit cəlb edib. Kredit vəsaitləri 10 il müddətinə ayrılıb.
“SOCAR-Polimer” SOCAR tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. təşkil edir. 2013-cü ilin sonlarından müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azersun Holding”ə məxsusdur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət