Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitənin yaradılmasının 10 illiyinə həsr edilmiş tədbirdə söyləyib.
“Azərbaycanda son 10 ili gender bərabərliyi baxımından uğurlu hesab etmək olar. Biz bu faktı qeyd etməliyik ki, Azərbaycanda qadınlar daha fəal olublar”, - deyə H.Hüseynova vurğulayıb.
“Bu illər ərzində Azərbaycan gender bərabərliyi sahəsində beynəlxalq konvensiyalara qoşulub, bir sıra layihələr həyata keçirib ki, bu da hazırda öz bəhrəsini verir”, - deyə o əlavə edib.
Sədrin sözlərinə görə, belə məsələnin həllində qanunvericiliyin təkmilləşdirilməsi böyük rol oynayır, müvafiq qanunlar qəbul edilir, bu da komitəyə problemlərə çox sürətli reaksiya verməyə imkan yaradır.
“Bu gün dövlətin siyasəti elə istiqamətdə aparılır ki, xalqın rifahı ən əsas məsələdir və xalq özü bu sahədə problemlərin həllinə və layihələrimizin həyata keçirilməsinə maraq göstərir”,- deyə o qeyd edib.
H.Hüseynova təşkilatın 10 ildə əldə etdiyi uğurlar barəsində danışıb. O, ölkə rəhbərliyi tərəfindən ailə, qadın və uşaq problemlərinə diqqət göstərildiyini bildirib.
Komitə sədrinin sözlərinə görə, bu gün ölkədə bələdiyyə rəhbərlərinin 35%-ni qadınlar təşkil edir. “Bu, 10 il əvvəlki göstərici ilə müqayisədə çox yaxşı göstəricidir”, - deyə o vurğulayıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət