2016-cı ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 174 mln. 382,25 min manat təşkil edib. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar ayında BFB-da dövriyyə 1 mlrd. 933 mln. 579,454 min manat təşkil edeib. Beləliklə, 2016-cı ilin yanvar ayında birjada dövriyyə ötən ilin analoji dpvrü ilə müqayisədə 11,1 dəfə azalıb.
Ümumi dövriyyədən 31 mln. 603 min 771,39 manat (artım 2,1 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların bütün həcmi isə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların təkrar bazarda yerləşdirilməsinin payına düşüb (azalma 5,2 dəfə).
Yanvarda BFB-nin ümumi dövriyyəsində 355 mln. 823,8 min manat (azalma 53,8 dəfə) pay bazarının payına düşüb. Bunun bütün həcmi təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.
Bu ay əqdlərin ümumi həcmində 5 mlrd. 693 mln. 72,33 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 53,7 dəfə). Təkrar bazarda Azərbaycan İpoteka Fondunun 1 mlrd. 399 mln. 428,83 min manatlıq istiqrazı yerləşdirilib. İlkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 2 mln. 758,51 min manat, təkrar bazarda 1 mln. 535 min 133 manat təşkil edib.
Yanva ayında BFB-də əqdlərin ümumi həcmində 136 mln. 729 min 583 manat törəmə alətlər bazarının (azalma 11,5%), bunun 128 mln. 544 min 369 manatı valyuta, 8 mln. 185 min 214 manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət