“PAŞA Bank” ASC 2018- ci ilə qədər Türkiyədəki törəmə strukturunun- “PAŞA Bank Turkey”in kapitalını 10,6% -255,055 mln. Türliyə lirəsinədək artıracaq. Bu barədə Türkiyə KİV-ləri məlumat verir.
Bankın baş meneceri, Direktorlar Şurasının üzvü Cenk Eynehan bildirib ki, “PAŞA Bank Turkey” üçün xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi və s. prioritet təşkil edir.
Onun sözlərinə görə, 2018-ci ilə qədər bankın aktivləri cari 332 mln. lirədən 646 mln. lirəyə (artım 94,6%), kredit portfeli cari 250 mln. lirədən 500 mln. lirəyə ( artım 2 dəfə ) çatacaq.
Xəbər verildiyi kimi, ötən ilin sonunda “PAŞA Bank” ASC “Aksoy Holding”dən “PAŞA Bank Turkey”in səhmlərinin demək olar ki, 20%-ni alıb. Beləliklə, “Aksoy Holding” bankın səhmdarları sırasından çıxıb, Azərbaycan bankının səhm payı 99,9%-ə qədər artıb. Səhmlərin qalan hissəsi digər səhmdarlara məxsusdur.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın 5 aparıcı bankından biridir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət