Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan ərazisi vasitəsilə Ukraynadan Çinə yeni nəqliyyat dəhlizinin effektivliyinə şübhə edir.
“Regionun nəqliyyat potensialı göz qabağındadır. Sizin qeyd etdiklərinizi yalnız layihə kimi qəbul etmək mümkündür. Hələlik bu marşrut ilə bir eksperimental qatar hərəkət edib. Təyinat məntəqəsinə o planlaşdırılandan daha artıq vaxta çatıb. Tariflərə dair suallar var”, - deyə V.Dororxin “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bildirib.
Diplomatın rəyinə əsasən, bu layihədə mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan tranzit yol kimi öz ərazisini təklif edərək yenə də passiv mövqe tutur.
“Yüklərin daşınıb və ya daşınmaması ondan asılı deyil. Çində iqtisadiyyat inkişaf edərsə, bu marşruta tələbat olacaq. Orada iqtisadi tənəzzül davam edərsə, yüklərin axının da azalacaq. Azərbaycan heç nə edə bilməyəcək. Necə ki, layihənin digər iştirakçıları heç nə edə bilməyəcəklər”, - deyə o vurğulayıb.
Bu məsələdə digər mühüm amil kimi diplomat marşrutun mürəkkəb olmasını qeyd edib.
“Hətta kənardan baxmaqla bu matrşrutun kifayət qədər mürəkkəb olduğunu görmək mümkündür. Yükləri daima təzədən yükləmək lazım olacaq. Eyni zamanda - iki dəfə onları dəniz vasitəsilə daşımaq lazım olacaq. Xəzərdə flrtlına bir və ya iki həftə də davam edə bilər. Bu yolda Gürcüstan vasitəsilə çox mürəkkəb dəmir yolu relyefi var”, - deyə V.Doroxin.
“Üçüncüsü, qeyd etmək istədiyim ondan ibarətdi rki, bu layihə Ukrayna ilə münasibətlərimiz fonunda bir qədər siyasiləşib”, - deyə o əlavə edib.
Diplomatın sözlərinə görə, Rusiyada bu layihəyə tam rahat yanaşırlar. “Bu nəqliyyat dəhlizi məsələsi Rusiya-Azərbaycan münasibətlərinin gündəminə daxil deyil. Bu layihə ilə məşğul olmaq istəyirlərsə, buyursunlar! Görək bundan nə alınır. Panika və vəziyyəti dramatikləşdirmək kimi niyyətimiz yoxdur. Dünyada o qədər dəmir yolu var ki. Onların bir hissəsi Rusiyadan keçir, bir hisdsəsi onu ötür. Bu bazardır! Özümüzün Baykal-Amur magistralından imtina etməyəcəyik. Rəqabət isə, məlum olduğu kimi, irəliləyiş üçün təkanverici qüvvədir”, - deyə səfir bildirib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət