2016-cı ilin dövlət büdcəsinə düzəlişlər layihəsi yaxın günlərdə Milli Məclisə təqdim olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
“2016-cı ilin dövlət büdcəsinə düzəlişlər layihəsi yaxın günlərdə parlamentə təqdim olunacaq”, - deyə Z.Səmədzadə qeyd edib.
Bununla yanaşı, o sənədin komitədə və parlamentin plenar iclasında baxılacağı tarixi dəqiqləşdirməyib.
Xəbər verildiyi kimi, yoxlamar nəticəsində 2016-cı il üçün dövlət büdcəsinin gəlir hissəsi 16,5 mlrd. manatadək, xərc hissəsi 18,3 mlrd. manatadək artırılacaq.
Dövlət büdcəsinin parametrlərinə yenidən baxılarkən neftin bir barelinin qiyməti 25 dollardan hesablanacaq, buna qədər isə büdcə neftin bir bareli 50 dollar olmaqla təsdiqlənib.
Qüvvədə olan «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanuna əsasən, cari ildə gəlirlər 14 mlrd. 566 mln. manat, xərclər 16 mlrd. 264 mln. manat, büdcə kəsiri 1 mlrd. 698 mln. manat məbləğində proqnozlaşdırılır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət