Bu gün Bakıda “Sabahın alimləri” V Respublika müsabiqəsi işə başlayıb.
“Bu layihə bir neçə ildir respublikada uğurla həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan elm və təhsilin inkişafı sahəsində böyük uğurlara nail olub Müxtəlif beynəlxalq olimpiadalrda iştirak edən şagirdlərin sayı son illər 22 mindən 27 min minə qədər artıb”,- deyə tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib.
“ Təhsil Nazirliyi bu gün elmin, gənclərin elmə clb edilməsinin, elmi işlərlə məşğul olan tələbələrin sayının artmasının təbliğini vacib istiqamət hesab edir. Biz bu istiqamətdə bir sıra tədbirlər həyata keçiririk”,- deyə o bildirib.
Onun sözlərinə görə nazirlik bu müsabiqənin nəticələrini analiz edəcək. “Bundan öncə keçirilmiş 4 müsabiqədə 500 iştirakçıdan 286-sı mükafatlar alıblar. Onlardan 15%-i orta məktəbi fərqlənmə ilə bitirib. Müsabiqə finalçılarının nəticələri çox yüksəkdir. Onlar xarici və yerli ali məktəblərin tələbələri adını qazana biliblər”,- deyə nazir bildirib.
“ Belə tədbirlərin keçirilməsi elmi elitanın formalaşması və ümumilikdə elmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”,-deyə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi bu gün elmin inkiaşfı və məktəblərdə istedadlı gənclərin aşkarlanması işinə böyük dəstək göstərir.
“ Bu gün ağıllı, intellektual cəhətdən inkişaf etmiş , uğuir və inklişaf etməyə meyilli gəncləri formalaşdırmaq Azərbaycana çox vacibdir”,- deyə akademik bildirib.
Tədbir AMEA, Təhsil, Gənclər və idman nazirlikləri, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Müsabiqə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər üçün təşkil ediləcək
Müsabiqədə iştirak etmək üçün ölkənin 11 şəhər və rayonunda yaşayan 150 gənc tərəfindən 129 layihə təqdim edilib. Onlardan 87-si kollektiv, 42-si fərdi layihələrdir. Layihə bir sıra ali məktəblərin dəstəyi ilə, riyaziyyat, fizika, kimya, biologiya, tibb, ekologiya, mühəndislik və kompüter elmləri kateqoriyaları üzrə keçirilir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət