Fevralın 11-dən 13-dək AMEA-da keçirilmiş “Sabahın alimləri” V Respublika müsabiqəsinin qalibləri məlum olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətinən məlumat verilib.
Müsabiqə Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, AMEA vəAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsininbirgə təşkilatçılığı ilə reallaşdırılıb.
Fevralın 13-də AMEA-nın Əsas binasında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə Təhsil nazirinin müaviniFirudin Qurbanovmüsabiqəsinin əhəmiyyətindən danışıb, onun elmə, təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb, qalibləri təbrik edib.
Qeyd olunub ki, müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil edilir.
“Sabahın alimləri” V Respublika müsabiqəsində 242 şagird 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim ediblər.
Üç gün davam edən müsabiqənin sonuncu günü “Açıq qapı” saatları təşkil edilib, şagird və müəllimlərə layihələrlə tanış olmaq imkanı yaradılıb.
Müsabiqəyə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən səkkiz nominasiya üzrə qiymətləndirilib, nəticədə 45 layihə I, II və III yerlərə layiq görüb. Kollektiv və fərdi layihə üzrə ümumilikdə 93 şagird mükafatlandırlıb.
Yarışmanın qalibi olan üç layihənin müəllifi mayda ABŞ-da keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanıb.
Sonda qaliblərə diplom, medal və digər mükafatlar təqdim olunub.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət