Fövqəladə Hallar Nazirliyi (FHN) tikintiyə icazə verilmə müddətinin azaldılması üçün işləri davam etdirir. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla görüş zamanı bildirib.
“Şəhərsalma və Tikinti Məcəlləsi, eləcə də müvafiq normativ hüquqi aktlar qəbul olunduqdan sonra tikintiyə icazə almaq üçün verilən müddət əhəmiyyətli dərəcədə azalıb”, - deyə K.Heydərov qeyd edib.
Onun sözlərinə görə, bunun sayəsində Azərbaycan Dünya Bankının son iki ildə “Doing Business” hesabatında “tikintiyə icazə verilməsi” göstəricisi üzrə 50 pillə irəliləyib.
Nazir əlavə edib ki, tikinti sahəsində azalmanın müşahidə olunmasına baxmayaraq, bu sahəyə investisiya qoyulmalıdır, çünki bu sahə böyük potensiala malikdir. “Bu, həm də iş yerlərinin yaradılması baxımından vacibdir”, - deyə K.Heydərov bildirib.
Onun sözlərinə görə, tikinti prosesinin və ya tikintinin qeydiyyata alınması prosesinin sürətlənməsi dövlət başçısının son göstərişlərinə uyğun olaraq lisenziyaların ləğv edilməsinə imkan verəcək.
Bundan başqa, o deyib ki, FHN sahibkarlara müraciətlərə baxılması prosesini izləməyə imkan verən elektron sistemi işə salıb.
Nazir onu da qeyd edib ki, sahibkarlarla bu cür görüşlər bir növ tikinti sahəsinə ictimai nəzarət xarakteri daşıyır.
Görüşdə tikinti şirkətlərinin rəhbərləri, FHN və digər müvafiq orqanların nümayəndələri iştirak edib.
Xəbər verildiyi kimi, Azərbaycan “Doing-Business – 2016” reytinqində “tikintiyə icazə verilməsi” indikatoru üzrə 150-ci yerdən 114-cü yerə yüksəlib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət