Parlamentə təqdim olunan 2016-cı il dövlət büdcəsinə düzəlişlər xarici borca xidmətlə bağlı xərclərin təsdiq edilmiş göstərici ilə müqayisədə 55,4% - 1 mlrd. 474 mln. 32,351 min manatadək artırılmasını nəzərədə tutur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Xarici borca xidmətlə bağlı xərclərin artırılması zərurəti 2015-ci il dekabrın 21-də manatın devalvasiyası ilə şərtlənir. Ötən ilin oktyabr ayında parlament 2016-cı il dövlət büdcəsini qəbul edərkən xarici borca xidmət xərcləri 948 mln. 670,508 min manat həcmində nəzərdə tutulmuşdu.
2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsinə əsasən, əsas xarici borcun ödənilməsi üzrə xərclər 1 mlrd. 139 mln. 722,617 min manat (daha əvvəl təsdiq edilmiş məbləğlə müqayisədə artım 55,2%), faiz ödənişləri üzrə xərclər 334 mln. 309,734 min manat (artım 56%) təşkil edəcək.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət